english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Professor Akif Quliyev vəfat etdi

Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Bakı Dövlət Universitetinin (BDU) keçmiş prorektoru və biologiya fakültəsinin dekanı professor Akif Quliyevin vəfatından kədərləndiyini bildirir, yaxınlarına, həmkarlarına və dostlarına dərin hüznlə başsağlığı verir. Akif müəllim bu dünyanı ailəsinə, tələbələrinə və elmə olan sevgi və sədaqət dolu dəyərli bir ömürdən sonra 19 iyul 2020-ci ildə, 78 yaşında tərk etdi.

1967-68-ci illərdə Praqaya olan təhsil mübadiləsi səfəri Akif Quliyev və Çex həmkarları arasında ömrünün son anına qədər davam etdirdiyi dostluq hekayəsinin təməlini qoymuşdur. 1972-ci ildən BDU-nun Biokimya və Biotexnologiya şöbəsinin müdiri olduqdan sonra o, BDU-nun Biologiya fakültəsi ilə Praqadakı Karlov Universitetinin Təbiət Elmləri fakültəsi arasında 200-dən çox tələbə və müəllim heyətinə xaricdə təhsil almağa, tədris etməyə və araşdırma aparmağa imkan verən mübadiləni təşkil etmək üçün məsul idi. Professor Quliyev Sovet İttifaqının dağılması və 1990-cı illərin əvvəllərində baş verən faciələrin nəticəsi olaraq yaranan fasilədən sonra hər iki fakültə əməkdaşlığını yenidən qurmağa və BDU ilə Karlov Universiteti, eləcə də ERASMUS+ proqramı arasında ikitərəfli sazişi möhkəmləndirməyə müvəffəq olmuş və 2012-ci ildə Karlov Universitetinin Qızıl medalına layiq görülmüşdür. BDU ilə Praqadakı Kimya və Texnologiya Universiteti, Brno şəhərindəki Masaryk Universiteti və Mendel Universiteti arasında elmi əməkdaşlığın inkişafına, eyni zamanda tələbə və müəllim mübadiləsinə öz töhfəsini verib, 2010-cu ildə Çexiya səfirliyinin Bakıda açılmasından bəri o, çex diplomatlara və qonaqlara Azərbaycan institutları və cəmiyyəti arasında əlaqələr qurmağa kömək etmişdir. Onun dostluğu, müdrikliyi və yumoru kədərlə xatırlansa da, ölkələrimiz arasında qurulmasına kömək etdiyi dostluq və anlaşma təməlləri yaşamaqdadır.

Allah rəhmət eləsin!