english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Çexiya Respublikasının ərazisində yaşamaq icazəsinin (uzunmüddətli vizanın, uzunmüddətli və ya daimi yaşayış icazəsinin) müddəti bitdikdə uzunmüddətli vizaya müraciət

Çexiya Respublikasının Bakıdakı Səfirliyi ərizəçinin Çexiya Respublikasının ərazisində yaşayış icazəsi  (uzunmüddətli viza, uzunmüddətli və ya daimi yaşayış icazəsi) bitdikdə (sorğu ilə) uzunmüddətli vizanı verə bilər, ərizəçi (Çexiya Respublikasının ərazisində) onun mövcud yaşayış icazəsinin uzadılması üçün müraciət etdiyi və bu müraciətə hələ heç bir qərar çıxmadığı şərti ilə, eyni vaxtda “körpü vizası” bitdiyi zamanı ərizəçi Çexiya Respublikasının ərazisini tərk etdiyi halda.

Bu uzunmüddətli viza ərizəçiyə Çexiya Respublikasının ərazisinə öz yeni yaşayış icazəsini almaq üçün daxil olmaq imkanı verir.

Müraciət etmək üçün lazım olan sənədlərin siyahısı: xarici pasport, xarici pasportun birinci səhifəsinin surəti, axırıncı yaşayış icazəsinin surəti (uzunmüddətli viza, uzunmüddətli və ya daimi yaşayış icazəsi), 1 ədəd fotoşəkil (3,5/4,5 sm), doldurulmuş uzunmüddətli viza üçün ərizə-anket forması. Çexiya Respublikasının Daxili İşlər Nazirliyindən yaşayış icazəsinin uyadılması üçün müraciətin qəbul edilməsi barədə arayışı da təqdim edilməsi tövsiyə olunur. Bu növ vizasına müraciət pulsuzdur.

Приложения

Application form for long-stay visa 533 KB PDF (Документ в Adobe Acrobat) 05.10.2018