english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Çexiya Respublikasına uzunmüddətli və qısamüddətli viza müraciətlərin qəbulu

(This article expired 31.07.2021.)

Hal hazırda, Çexiya Respublikasının Səhiyyə Nazirliyi tərəfindən alınan tədbirlərə uyğun olaraq (maddə 1 bənd 7), aşağıda göstərilən ərizəçilərinin kateqoriyalarına sənəd qəbulu mümkündür:

- mövsümi iş məqsəd olan və yaxud qida, səhiyyə və ya sosial sahəsində işləmək istəyən qısamüddətli vizalara müraciət etmək olar

- elmi, əsas və yüksək ixtisaslı kadrlar qısamüddətli vizalara müraciət edə bilərlər, əgər onlar əsas və elmi kadrlar üçün Proqramında və yüksək ixtisaslı kadrlar üçün Proqramında göstərilən şərtlərə uyğundur, eləcə də kritiki vacib olan infrastruktur baxım heyətində işləmək istəyən kadrlar qısamüddətli vizalara müraciət edə bilərlər

- e) – j) 1.4 məktubun bəndində göstərilən səbəblərə uyğun olaraq qısamüddətli vizalara müraciət etmək olar

- mövsümi iş məqsədi olan uzunmüddətli vizalara müraciət etmək olar

- Çexiya Respublikası üçün iqtisadi və ya digər əhəmiyyətli fayda əldə etmək məqsədilə hər hansı dövlət proqramında iştirak edən xarici vətəndaşlar müvvəqqəti yaşayışa müraciət edə bilərlər

- Əgər xarici vətəndaş Çexiya Respublikası hökümətin 08 dekabr 2014-cü il tarixli № 1014 nömrəli qərarına əsasən dövlət proqramına daxil edilib, o daimi yaşayış icazəsinə müraciət edə bilər

- Göy kartı – elmi tətqiqatları etmək məqsədilə göy kartına müraciət etmək mümkündür və göy kartı sahiblərinin həyat yoldaşı və yetkinlik yaşına çatmamış uşaqları 90 gündən artıq olan uzunmüddətli yaşayışa müraciət edə bilərlər

- Təhsil məqsədi olan uzunmüddətli vizalara və uzunmüddətli yaşayış icazəsinə müraciət etmək olar

- ÇR uzunmüddətli və yaxud daimi yaşayış icazəsi sahibi olan xarici vətəndaşın həyat yoldaşı və yetkinlik yaşına çatmamış uşaqları ailə birləşməsi məqsədilə ÇR uzunmüddətli və yaxud daimi yaşayışa və ailə birləşməsi məqsədi olan uzunmüddətli vizalara da müraciət edə bilərlər 

- Mədəniyyət, idman və iş tətilləri məqsədi olan uzunmüddətli vizalara müraciətlər qəbul olunur

-  Əgər xarici vətəndaşın ÇR ərazisinə daxil olmasından ÇR marağındadırsa və bu maraq müvafiq sənədi ilə təsdiqlənib, o halda xarici vətəndaş  yaşayış icazəsinə müraciət edə bilər

Qeyd olunan istisnalar yalnız o Çexiya Respublikasının Səfirliklərdə qəbul olunur, əgər Səfirlik olan ölkədə COVİD-19 pandemiyası ilə bağlı vəziyyət, bu kimi müraciətləri qəbul etməyə imkan verir.