english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Fövqəladə vəziyyət elan edərək, Çexiya Respublikası viza müraciətlərini qəbul etməyi və vizaların verilməsini növbəti xəbərdarlığa qədər dayandırır və xarici vətəndaşların ölkəyə girişini məhdudlaşdıran əlavə tədbirlər görür

Çexiya Respublikasının Höküməti koronavirus pandemiyası ilə bağlı 17 May 2020-ci il tarixinədək fövqəladə vəziyyəti elan etdi. Bununla bağlı Çexiyanın Bakıdakı Səfirliyi VFS Qlobal Viza Mərkəzindən olan müraciətlər daxil olmaqla bütün (qısa və uzun müddətli) viza müraciətlərinin qəbul edilməsinin əlavə xəbərdarlığa qədər dərhal dayandırılması göstərişi verilmişdir. Bütün baxılma prosesində olan viza müraciətləri ilə bağlı qərar qəbuletmə prosesi, həmçinin ləğv edilmiş viza müraciətçilərinin müraciət məktublarının toplanması prosesi də sonrakı xəbərdarlığa qədər dayandırılmışdır. Yuxarıda qeyd olunan tədbirlər Aİ/AİB/İngiltərə vətəndaşlarına da aiddir. Artıq verilmiş bütün növ vizalar etibarlıdır.

Hazırki fövqəladə vəziyyətində Çexiya respublikasına daxil olmaq icazəsi olduğu xarici vətəndaşlarının kateqoriyaları dövlətin Daxili İşlər Nazirliyinin saytında göstərilib.