english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Şengen vizaların rəsmilləşdirmə prossesində dəyişikliklər

02 fevral 2020-ci il tarixindən Aİ Viza Kodeksinin dəyişiklərin qüvvəyə minməsi ilə bağlı, qısamüddətli Şengen vizaların verilmə qaydasına aşağıdakı dəyişikliklər təqdim olunur:

02 fevral tarixindən başlayaraq, Şengen vizasına müraciət üçün hazırkı ərizə formasından fərqlənən, bəzi maddələr əlavə edilmiş, yeni ərizə forması qəbul ediləcək:

CZE-AZE form (DOCX, 56 KB)

Azərbaycan Respublikası vətəndaşları üçün Şengen vizasına müraciət edərkən konsulluq rüsumu eyni qalacaq (35 avro). Azərbaycan Respublikasının vətəndaşları olmayan üçün konsulluq rüsumu dəyişilib və 80 Avro təşkil edəcək (6 yaşından 12 yaşınadək uşaqlar üçün konsulluq rüsumu 40 Avro təşkil edəcək).

Şengen vizası üçün ərizələr, hazırkı 3 ay əvəzinə, planlaşdırılan səfərdən 6 ay əvvəl qəbul ediləcək.

Şengen vizası üçün müraciətlər yalnız Çexiya Viza Xidməti Mərkəzində VFS Global-da qəbul edilir. İstisnalar bunlardır: AB vətəndaşlarının ailə üzvləri, Çexiya Respublikasına ezamiyyət məqsədi ilə gedən xidməti və ya diplomatik pasport sahibləri, və humanitar əsaslarla onların səyahət zəruriliyini təsdiqləyən sənədləri təqdim edən şəxslər, və çox təcili hallarda, Çexiya Respublikasına siyasi maraq kəsb edən şəxsləri (onların növbədənkənar qəbulu səfir tərəfindən təsdiqlənir) - bu kateqoriyalı insanlar əvvəlcədən razılaşdırıldıqdan sonra Konsulluq Şöbəsinə Şengen vizası üçün müraciət edə bilərlər.

Şengen vizasına müraciətin baxılma müddəti 10 gün qalacaq və əlavə yoxlama tələb olunarsa 45 təqvim gününə qədər arta bilər.

Çoxgirişli vizaların verilməsi ilə əlaqədar bəzi yeniliklər olacaq. Giriş şərtlərinin yerinə yetiriləcəyinə əsaslı şübhə olmadıqda:

  • əvvəlki 2 il ərzində, 3 ədəd bir girişli Şengen vizasını əldə etmiş və qanuni istifadə etmiş ərizəçiyə, 1 illik çox girişli viza verilə bilər;
  • əvvəlki 2 il ərzində, 1 illik çox girişli vizanı əldə etmiş və qanuni istifadə etmiş ərizəçiyə, 2 illik çox girişli viza verilə bilər;
  • əvvəlki 3 il ərzində, 2 illik çox girişli vizanı əldə etmiş və qanuni istifadə etmiş ərizəçiyə, 5 illik çox girişli viza verilə bilər.

Yenilənmiş Viza Kodeksi ingilis dilində mövcuddur:

Schengen Visa Code as of 2 February 2020 (PDF, 475 KB)