english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Uzunmüddətli vizalar üçün tibbi səyahət sığortasını tənzimləyən yeni qaydalar

02 avqust 2021-ci il tarixindən tətbiq ediləcək Əcnəbilərin Çexiyada Yaşaması haqqında 326/1999 nömrəli Qanunda edilən dəyişikliyə əsasən, uzunmüddətli viza/yaşayış icazəsi üçün müraciət edənlər tərəfindən təqdim edilən tibbi səyahət sığortasını təsdiq edən sənədlərdə 02 avqust 2021-ci il tarixindən etibarən əhəmiyyətli dəyişikliklər qəbul olunub.

Nəticədə:

  • Təqdim edilən tibbi sığorta yalnız zəruri və təcili deyil, hərtərəfli kompleks qayğını əhatə etməlidir;
  • Qeyd olunan 02 avqust 2021-ci il tarixindən 02 avqust 2026-cı il tarixinədək hərtərəfli kompleks tibbi sığorta məhz Pojišťovna VZP, a.s. şirkəti tərəfindən təqdim edilməlidir;
  • Yuxarıda göstərilən xarici vətəndaşların Çexiya dövlət tibbi sığorta sistemində iştirak edən və yaxud sağlamlıq xidmətlərinin xərclərini beynəlxalq müqaviləyə əsasən ödənişi edən, etibarlı olan Avropa Sağlamlıq Sığorta kartın (EHIC) və Qlobal Sağlamlıq Sığorta kartın (GHIC) sahiblərindən, eləcə də Aİ vətəndaşlarından və onların ən yaxın qohumlarından tələb olunmur.

01 avqust 2021-ci il tarixinə qədər uzunmüddətli viza/yaşayış icazəsinə müraciət edən xarici vətəndaşlar Çexiya Respublikasına zəruri və təcili tibbi sığortanı təsdiq edən, hətta Pojišťovna VZP, a.s. tərəfindən təqdim olunmamış (sığortanı Səfirliyə vizanın çap olunması vaxtı təqdim etmək lazımdır):, sənədi ilə daxil ola bilər, hər halda onlar da Çexiya Respublikasının ərazisinə daxil olduqdan sonra 90 gün ərzində Pojišťovna VZP, a.s. tərəfindən alınmış kompleks tibbi sığorta polisi mütləq əldə etməlidirlər.

02 avqust 2021-ci il tarixində və ya daha gec uzunmüddətli viza/yaşayış icazəsinə müraciət edən xarici vətəndaşlar vizaları çap olumasından əvvəl Səfirliyə aşağıdagöstərilənləri təqdim etməlidir:

  • Zəruri və təcili tibbi yardımı əhatə edən tibbi səyahət sığortasını təsdiq edən sənədi təqdim etmək olar (Əcnəbilərin Çexiyada Yaşaması haqqında 326/1999 Qanunun §180j bəndinə uyğun olaraq tibbi səyahət sığortası polisi təqdim etmək hüququ olan hər hansı bir sığorta şirkəti tərəfindən verilə bilər), lakin Çexiya Respublikasının ərazisinə daxil olandan sonra 90 gün ərzində tələb olunmuş qalma müddətinin qalan hissəsini Pojišťovna VZP, a.s. şirkəti tərəfindən kompleks tibbi sığorta polisi əldə etmək lazımdır və yaxud
  • Pojišťovna VZP, a.s. şirkəti tərəfindən göstərilən qalma müddətinə kompleks tibbi səyahət sığortasının sənədi; başqa sığorta şirkətindən təşkil olunmuş eyni tipli müqaviləni yalnız ən gec 01 avqust 2021-ci il tarixinə qədər ərizəçi tərəfindən bağlanmış sığorta müqaviləsini təqdim etmək olar.