english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Qısamüddətli Viza



 

AZƏRBAYCANDA VİZA ÜÇÜN MÜRACİƏT EDƏN ŞƏXSLƏR TƏRƏFİNDƏN TƏQDİM EDİLƏCƏK ƏLAVƏ TƏSDİQ SƏNƏDLƏRİNİN SİYAHISI

Tələb olunan sənədlər:

Ərizə - Anket forması: Latın grafikası və yalnız BAŞ hərfləri ilə doldurulmalıdır, ərizəçi və ya ərizəçinin 18 yaşı tamam olmadığı halda onun valideyinlərindən biri tərəfindən imzalanmalıdır.

1 ədəd foto şəkil: hazırki görünüşə uyğun olmalıdır. Rəngli, 3,5 – 4,5 sm (təxminən 1.2 – 1.6 dm)

  • Anfas, açıq birrəngli fon

Xarici Pasport: Xarici pasport Şengen məkanından qayıdış tarixindən sonra ən azı 3 ay müddətində etibarlı olmalıdır.

  • Ən azı iki boş səhifəsi olmalıdır
  • Verilmə tarixindən 10 ildən çox keçməməlidir

Xidməti pasport sahibləri başqa sənədlərlə yanaşı Azərbaycanın Xarici İşlər Nazirliyindən Verbal Notanı təqdim etməlidirlər.

Xarici vətəndaşlar üçün: Şengen məkanını tərk edəndən sonra ən azı 60 gün ərzində etibarlı olan Azərbaycan Respublikasının yaşayış icazəsi.

Bütün Şengen ərazisində keçərli  və minimal 30 000 Avro/50 000 Dollar məbləğində olan tibbi sığortası. Sığorta ən azı səfərin bütün müddətinə etibarlı olmalıdır. Çoxgirişli viza üçün sığorta minimal birinci səfərin dövrü əhatə etməlidir.

Diqqət:

Çexiya Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi  yuxarıda göstərilən siyahısının hər paraqrafında qeyd olunan sənədlərdə bir neçəsini və ya siyahıda heç göstərilməyən əlavə sənədlərini tələb edə bilər.

Azərbaycan dilində təqdim olunan sənədlər rus və ya ingilis dilinə tərcümə etmək və notariusda təsdiqləmək lazımdır. Sənədləri ancaq Konsulluq şöbəsinin qəbul vaxtlarında təqdim etmək və götürmək mümkündür.

Anket-Ərizəni konsulluğun qəbul vaxtlarında pulsuz verilir və ya onu saytımızdan çap etmək mümkündür.

Çexiyanın Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi qısamüddətli viza müraciətinə cavabını adətən 15 təqvim günündən sonra verir. Ayrı hallarda sənədlərin baxılma müddəti 30 günə qədər uzana bilər. Müstəsna hallarda sənədlərin baxılması maksimal 45 günə qədər uzana bilər. Qısamüddətli vizaya nəzərdə tutulan səfərdən ən azı 15 gün qabaq müraciət etmək lazımdır.

 

I.            Hər bir viza ərizəçinin tərəfindən təqdim ediləcək sənədlər 

1.1.      Uçuş və ya səyahət rezervasiyası və ya nəzərdə tutulmuş nəqliyyatla bağlı digər sübut 

Zəruri olduqda, iki başa səyahətlə bağlı sifariş. Bilet vizanın verilməsindən sonra alınmalıdır.   

Çoxgirişli viza üçün müraciət edərkən: ilk səfər üçün rezervasiya (təsdiqlənmiş iki başa bilet). 

1.2.      Yaşayış yeri ilə bağlı arayış 

Aşağıdakıları aydın şəkildə göstərən, otel tərəfindən verilmiş zəmanət və ya sifariş:   

-           ərizəçinin adı və soyadı,

-           qalma müddəti

-           tarix və bu sənədi verən nümayəndənin adı 

-           otelin əlaqə vasitələri.

Tələbələr:  Zəruri olduqda, ərizəçinin şəhərcikdə qalmasının təsdiqi.

Müalicə zamanı: tibb müəssisəsində qalmanın təsdiqi

1.3.      Ödəmə qabiliyyətinin olması ilə bağlı sübut 

Şagirdlər istisna olmaqla, bütün ərizəçilər aşağıda göstərilənlərdən ən az birini təqdim etməlidirlər:

-           nağd pul vəsaiti, səyahət edən şəxsin qəbzləri, kredit kartları və ya kifayət qədər vəsaitin olmasını sübut edən digər vasitələr.

-           son 3 ay üzrə bank hesabından çıxarışların əsli;

-           bank hesabı olmadıqda  iş yerindən arayış;

-           daşınmaz əmlak şəhadətnaməsi və ya digər aktivlərlə bağlı sübut; 

-           təqaüdlə bağlı arayış və ya

-           digər mütəmadi gəlirlə bağlı arayış.

1.4.      Sponsorluq və / və ya xüsusi yaşayış yeri ilə bağlı arayış

Aşağıdakı Üzv Dövlətlər ərizəçilərdən dövlət qanunvericiliyinə uyğun olaraq təqdim olunmuş sponsorluq və /və ya xüsusi yaşayış yeri ilə bağlı arayışın verilməsini tələb edə bilər: Avstriya, Belçika, Danimarka[1], Almaniya, Yunanıstan, Fransa, Latviya, Litva, Lüksemburq, Niderland, Sloveniya, Slovakiya, İsveç və İsveçrə. Daha ətraflı məlumat üçün Üzv Dövlətlərin rəsmi internet səhifələrinə baxmağınız xahiş olunur.    

1.5.      İşçilər tərəfindən təqdim olunacaq sənəd

Şirkətin rəsmi sənədi olaraq möhür vurulmuş, imzalanmış, tarix göstərilmiş və işəgötürən şirkətin ünvanını, telefonunu və faks nömrələrini, imzalayan məsul şəxsin adını və şirkətdəki vəzifəsini, işçinin adını, vəzifəsini, əmək haqqını, iş stajını aydın şəkildə göstərməklə Sahibkar tərəfindən verilmiş arayış (İngilis dilində və ya Azərbaycan dilindən İngilis dilinə tərcüməsi olmaqla).

 

1.6.      Şirkət sahibləri tərəfindən təqdim olunacaq sənəd

Dövlət qeydiyyatı haqqında şəhadətnamənin əsli və ya qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti (dövlət reyestrindən çıxarış) və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)

 

1.7.      Şagirdlər/tələbələr tərəfindən təqdim olunacaq sənəd  

Məktəb və ya universitetdə qeydiyyatla bağlı sübut.

 

1.8. Yetkinlik yaşına çatmamış şəxslər (18 yaşdan kiçik şəxslər) tərəfindən təqdim olunacaq sənədlər:

Doğum haqqında şəhadətnamənin əsli;

Valideyn və/və ya qanuni qəyyum razılığı notarial qaydada təsdiqlənmiş arayışla ilə təmin olunmalıdır: 

     a)  Azyaşlı təkbaşına və ya yalnız bir valideyni ilə səyahət edərsə,  

  1. Azyaşlı qanuni qəyyumu olmadan səyahət edərsə. 
  2. Azyaşlı qanuni qəyyumlarından biri ilə səyahət edərsə.   

Valideyn(lər)in adı və soyadı azyaşlının təqdim olunmuş doğum haqqında şəhadətnaməsində göstərildiyindən fərqli olarsa, valideynlər əlavə sənədlər (nikah haqqında şəhadətnamə(lər) və ya övladlığa götürmə ilə bağlı sənəd(lər) və ya digər sənədlər kimi onun/onların azyaşlı ilə qohumluğunu təsdiqləmək məqsədilə adın və ya soyadın dəyişməsini göstərən sənəd) təqdim etməlidirlər.

1.9.      Azərbaycanda yaşayan Azərbaycan vətəndaşı olmayan şəxslər:

Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə verilmiş müvəqqəti və ya daimi yaşayış icazəsi, eləcə də, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqə Üzv Dövlətlərin ərazisini tərk etməklə bağlı nəzərdə tutulmuş tarixdən sonra 3 ay müddətində qüvvədə olmalıdır.

1.10. Ərizəçinin Üzv Dövlətlərin ərazisini tərk etmək niyyətini sübut edən sənədlər 

Aşağıdakı sənədlərdən biri və ya daha çoxu təqdim edilməlidir: 

  • Daimi yaşadığı ölkəyə daxil olmanı göstərən sübut: qohumluq əlaqələri, peşə statusu      
  • Müntəzəm gəlirlə bağlı sübut (əmək haqqı ilə bağlı məlumat, təqaüd fondu və s.);
  • Daşınmaz əmlak, uzunmüddətli icarə və ya icarə müqaviləsi;
  • İş yerindən verilmiş və əlaqə vasitələrini, o cümlədən, məzuniyyətin verildiyini və ərizəçinin cari işinə qayıdacağını göstərən rəsmi arayış.
  • Şəxsi bizneslə məşğul olarsa: sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanın və vergi bəyannaməsinin surəti.

Turizm məqsədilə edilən səyahətlər 

            Ərizəçi birdən artıq Üzv Dövlətə səfər etməyi planlaşdırarsa, marşrut.

            İşgüzar səfərlər: 

1.1.      Dövlət qanunvericiliyinə uyğun olaraq səlahiyyətli orqanlar tərəfindən təsdiqlənmiş ev sahibliyi edən təşkilat (hüquqi şəxs və ya şirkət, həmin hüquqi şəxs və ya şirkətə məxsus təşkilat, idarə və ya filial, Üzv Dövlətlərdən birinin və ya təşkilat komitələrinin dövlət və ya yerli orqanları, Üzv Dövlətlərdən birinin ərazisində keçiriləcək ticarət və ya sənaye sərgiləri, konfranslar və simpoziumlar) tərəfindən yazılı sorğu. Bu sorğu möhür vurulmuş və imzalanmış olmalı, eləcə də, aşağıdakı məlumatları əks etdirməlidir: 

  • Şirkətin tam ünvan və əlaqələndirici şəxs;    
  • Dəvət məktubunu imzalayan şəxsin adı və vəzifəsi;
  • Səfərin məqsədi və müddəti;
  • Xərclər ev sahibliyi edən şəxs və ya müəssisə tərəfindən ödənildikdə, ərizəçinin səyahət və yaşayış xərclərini ödəyəcək şəxs və ya müəssisə.  

1.2.      Azərbaycada qeydiyyata alınmış və dəvət olunmuş hüquqi müəssisə tərəfindən təqdim ediləcək məlumatlar  

  • Qeydiyyat şəhadətnaməsinin (dövlət reyestrindən çıxarış) və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) surəti.    
  • Hüquqi müəssisə tərəfindən verilmiş, möhür vurulmuş və imzalanmış, eləcə də aşağıdakı məlumatları əks etdirən sənəd: 
  • Ünvan haqqında ətraflı məlumat və əlaqələndirici şəxs 
  • İkinci imza hüququ olan şəxsin adı və vəzifəsi 
  • Zəruri olduqda, işçinin adı, vəzifəsi, əmək haqqı və işlədiyi müddət 
  • Əmək müqaviləsinin xarakteri
  • Ərizəçinin səyahət və yaşayış xərclərini ödəyəcək şəxs və ya hüquqi müəssisə.

Təhsil və ya təlim məqsədilə, o cümlədən, mübadilə proqramları və məktəblə bağlı digər fəaliyyətlər çərçivəsində edilən səyahətlərlə bağlı 

  • Səyahət ediləcək Üzv Dövlətin ev sahibliyi etdiyi məktəb, universitet, institut və s. tərəfindən yazılı sorğu və ya qeydiyyatla bağlı arayış   
  • yazılı sorğu və ya qeydiyyatla bağlı arayışda ən az aşağıdakı məlumatlar olmalıdır:
  • Məktəb, universitet, institut və s.-in tam ünvanı və adı;
  • Qəbul edilmiş tələbənin adı, vətəndaşlığı və doğum tarixi;
  • Qalmanın məqsədi və müddəti.

Rəsmi səfərlər məqsədilə edilən səyahətlər (ikitərəfli və ya çoxtərəfli) – rəsmi nümayəndə heyətinin üzvləri:

1.1.      Rəsmi dəvət məktubu            

Dəvət edən orqan və ya beynəlxalq təşkilat tərəfindən verilmiş rəsmi blankda möhür vurulmuş və imzalanmış, aşağıdakı məlumatları əks etdirən rəsmi dəvətnamə:

  • Orqan və ya təşkilatın tam ünvanı və əlaqə vasitələri  
  • Məktubu imzalayan məsul şəxsin adı və vəzifəsi
  • Dəvət edilmiş şəxsin adı, vətəndaşlığı, doğum tarixi və vəzifə öhdəlikəri 
  • Səfərin məqsəd və müddəti

1.2.      Azərbaycanda müvafiq orqan və ya təşkilatın təsdiqi 

Dövlət orqanı və ya təşkilat tərəfindən verilmiş, ərizəçinin hökumətlərarası təşkilatlar tərəfindən verilmiş möhür vurulmuş və imzalanmış, eləcə də, aşağıdakı məlumatları aydın şəkildə göstərən, Üzv Dövlətin ərazisində keçiriləcək rəsmi yığıncaq, məsləhətləşmə, danışıqlar, mübadilə proqramları və tədbirlərdə iştirak məqsədilə Üzv Dövlətə səfər edən nümayəndə heyətinin üzvü olmasını təsdiq edən rəsmi məktub:    

  • Orqan və ya təşkilatın tam ünvanı və əlaqə vasitələri 
  • İkinci imza hüququ olan məsul şəxsin adı və vəzifəsi    
  • Ərizəçinin adı və vəzifəsi
  • Səfərin məqsədi və müddəti 

Yaxın qohumları ziyarət etmək məqsədilə edilən səyahətlərlə bağlı  – həyat yoldaşı, uşaqlar (o cümlədən, övladlığa götürülmüş), valideynlər (o cümlədən, qəyyumlar), nənə və babalar, nəvələr  

  • Üzv Dövlətin dövlət qanunvericiliyinə uyğun olaraq, dəvət edən şəxsin yazılı sorğusu  

Yuxarı maddədə göstərilmiş şəkildə yaxın qohumlardan başqa, ailə və dostları ziyarət etmək məqsədilə edilən səyahətlərlə bağlı 

-           Dəvətnamə:

Avstriya, Belçika, Danimarka[2], Almaniya, Yunanıstan, Macarıstan, Fransa, Latviya,  Litva, Lüksemburq, Niderland, Norveç,  Sloveniya, Slovakiya və İsveçrə kimi Üzv Dövlətlər ərizəçilərdən dövlət qanunvericiliynə uyğun olaraq verilmiş sponsorluq və/və ya xüsusi yaşayış yeri ilə bağlı arayış təqdim etmələrini tələb edə bilərlər.       

-           Qohumluq əlaqələri ilə bağlı sübut:

Qohumluq əlaqəsi əvvəlki görüşlərin və ya tədbirlərin şəkilləri və/və ya yazışmaları ilə əsaslandırıla bilər.      

Tibbi səbəblərlə bağlı edilən səyahətlər üçün (o cümlədən, müşayiət etməsi zəruri olan şəxslər)

1.1. Bu müəssisədə müalicə edilməsinin zəruriliyini, müşayiət edilmənin zəruriliyini təsdiq edən və tibb müəssisəsi tərəfindən verilmiş rəsmi sənəd, müalicə ilə bağlı ödənişin edilməsi üçün kifayət qədər maliyyə vəsaitinin olması ilə bağlı sübut

 

   Yuxarıda göstərilmiş sənəddə verilmiş məlumatlar olmalıdır: 

  • Tibb müəssisəsinin tam ünvanı və əlaqə vasitələri  
  • İkinci imza hüququ olan şəxsin adı və vəzifəsi
  • Xəstənin adı, vətəndaşlığı və doğum tarixi.
  • Müalicənin və qalmanın müddəti

Beynəlxalq idman tədbirləri (o cümlədən, vəzifə öhdəlikləri üzrə müşayiət edən şəxslər) ilə bağlı edilən səyahətlər 

1.1.      Üzv Dövlətlərdə və ya Azərbaycan  Respublikasında ev sahibliyi edən təşkilatın, səlahiyyətli orqanların, milli idman Federasiyalarının və ya Azərbaycan Respublikasının, eləcə də üzv  dövlətlərinin Milli Olimpiya Komitəsinin yazılı sorğusunda aşağıdakı məlumatlar  öz əksini tapmalıdır:

  • təşkilatın tam ünvanı və adı.
  • ikinci imza hüququna malik şəxsin  adı və vəzifəsi. 
  • tədbirin məqsədi və Azərbaycandan olan iştirakçının  rolu
  • qalma müddəti.
  • namizədin səyahət  və  yaşayış xərclərini ödəməli olan şəxs və ya müəssisənin adı. 

1.2.      Beynəlxalq idman tədbiri üçün nəzərdə tutulan giriş bileti və ya çeki tamaşaçı və qonaqlar tərəfindən təqdim edilməlidir. 

Üzv Dövlətin ərazisində keçirilən  elmi, akademik, mədəni və bədii tədbirlərdə, o cümlədən digər mübadilə proqramlarında iştirak etmə məqsədi ilə edilən səyahətlər üçün:  

1.1.      Həmin tədbirlərdə iştirak etmək üçün  ev sahibliyi edən  təşkilatın  təqdim etdiyi yazılı  müraciətdə  aşağıdakı məlumatlar  öz əksini tapmalıdır:

  • təşkilatın tam ünvanı və adı.
  • ikinci imza hüququna malik şəxsin  adı və vəzifəsi.  
  • tədbirin məqsədi və Azərbaycandan olan iştirakçının  rolu
  • qalma müddəti.
  • namizədin səyahət  və  yaşayış xərclərini ödəməli olan şəxs və ya müəssisənin adı. 

1.2.      Mədəni/bədii tədbirlər üçün giriş bileti və ya qəbzi tamaşaçılar və ya qonaqlar tərəfindən təqdim edilməlidir. 

 

Üzv Dövlətlərin və ya Azərbaycan  Respublikasının  ərazisində və Üzv Dövlətlərdə eləcə də  Azərbaycan Respublikasında qeydiyyatdan keçən  nəqliyyat vasitələrində beynəlxalq yükdaşıma və ya nəqliyyat xidmətlərini həyata keçirən sürücülərin etdiyi  səyahətlər üçün:

-           Azərbaycan Respublikası və ya Üzv Dövlətlərin ərazisində  beynəlxalq yük daşımalarını həyata keçirən  milli yükdaşıyıcılar şirkəti və ya assosiyasiyasının (birliyinin) və səyahətlərin məqsədini, marşrutunu, müddətini və tezliyini  əks etdirən yazılı sorğu.

Jurnalistika  fəaliyyətlərini həyata keçirmək  və jurnalistləri peşəkar səviyyədə müşayiət edən   akkreditə olunmuş şəxslər  tərəfindən edilən səyahətlər üçün:

-           peşəkar təşkilatın  və ya namizədin işçisi tərəfindən təqdim edilən  və aidiyyatı şəxsin ixtisaslı jurnalist olduğunu, səyahətin məqsədinin jurnalistika fəaliyyətinin həyata keçirilməsindən ibarət olduğunu və ya həmin şəxsin  jurnalisti peşkar səviyyədə müşayiət edən texniki heyətin üzvü olduğunu sübut edən sertifikat və ya digər sənəd.

Qardaş şəhərlərin rəsmi mübadilə proqramlarında iştirak etmək məqsədi ilə nəzərdə tutulmuş səyahətlər üçün:

-           Üzv Dövlətin həmin şəhərlərinin Administrasiya Rəhbəri/Meri tərəfindən təqdim edilmiş yazılı sorğu .

Üzv Dövlətin ərazisində keçiirlən  beynəlxalq  sərgilərdə, konfranslarda,simpoziumlarda, seminarlarda və ya digər  oxşar tədbirlərdə iştirak edən peşə üzvlərinin səyahətləri üçün:

-           Üzv Dövlətlərdən birində ev sahibliyi edən təşkilat tərəfindən aidiyyatı şəxsin tədbirdə iştirakını təsdiq edən sənəd.

Təhsil təlimində, seminarlarda, konfranslarda, o cümlədən mübadilə proqramlarında  iştirak etmək  məqsədi ilə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən edilən sıyahətlər üçün :

-           ev sahibliyi edən təşkilat  tərəfindən  aidiyyatı şəxsin  vətəndaş cəmiyyəti təşkilatının  üzvü olduğunu təsdiq edən yazılı sorğu və müvafiq reyestrdə həmin təşkilatın təsis edilməsinə dair  dövlət orqanı tərəfindən  milli qanunvericiliyə uyğun olaraq təqdim edilən   şəhadətnamə.

Dəfn mərasimləri üçün qohumların etdiyi səfərlər üçün :

-           ölüm faktının, eləcə də  namizədlə  vəfat etmiş şəxs arasında ailə və ya qohumluq əlaqələrinin olduğunu  təsdiq edən  trəsmi sənəd. 

Hərbi və ya hərbi məzarları ziyarət etmək üçün:

-           məzarın  mövcudluğunu və qorunduğunu, eləcə də namizədlə dəfn edilmiş şəxs arasında ailə və qohumluq əlaqəsinin  olduğunu təsdiq edən rəsmi sənəd

 


[1] Danimarka digər Üzv Dövlət tərəfindən təmsil olunduqda tələb oluna bilər. 

[2] Danimarka digər Üzv Dövlət tərəfindən təmsil olunarsa, tələb oluna bilər.

Приложения

!!!!! Yeni !!!!! CZ-AZ form 2020 53 KB DOCX (FILE_TYPE_DOCX) 11.03.2020

(Azərbaycan dilində) 194 KB DOC (Документ в Word) 11.05.2015