english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: ©MZV
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Azərbaycan Xarici İşlər Nazirinin müavini cənab Xələfov ilə məsləhətləşmələr aparılıb

26 iyun 2019-cu il tarixində Xarici İşlər Nazirinin müavinləri cənab Aleş Xmelarj və cənab Martin Poveyşilin Azərbaycan Xarici İşlər Nazirinin müavini cənab Xələf Xələfov ilə görüşü olmuşdur. Görüş əsnasında ikitərəfli münasibətlər, Azərbaycan-Avropa İttifaqı əlaqələri, regional və təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Müavini cənab Xmelarj və Nazir Müavini cənab Xələfov, Çexiya-Azərbaycan əlaqələrinin yaxın, dost və qarşılıqlı faydalı olduğunu vurğulayıblar. Azərbaycan Prezidentinin Çexiya Respublikasına planlaşdırılan səfəri siyasi dialoqa və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına yeni bir təkan verir. Nazir müavini cənab Xmelarj bir daha bəyan edib ki, Çexiya, Aİ və Azərbaycan arasında yeni Hərtərəfli Sazişin danışıqlarının yekunlaşmasını dəstəkləyir.

Nazir Müavini cənab Poveyşil ilə Nazir Müavini cənab Xələfov arasında müzakirələr Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq ilə bağlı məsələlər, o cümlədən regionda təhlükəsizlik məsələlərinə yönəlmişdir. Dağlıq Qarabağ münaqişəsinə toxunan Nazir Müavini cənab Poveyşil qeyd edib ki, danışıqların sülh yolu ilə həll olunması bu münaqişənin yeganə həlli yoludur. Nazir müavinləri həmçinin Azərbaycanda insan haqları ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Галереи


Konzultace náměstka ministra A. Chmelaře a náměstka ministra M. Povejšila s náměstkem ministra zahraničí Ázerbájdžánu K. Khalafovem