english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: APA
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Bakıda Çexiya Milli Günü münasibətilə qəbul

28 oktyabr 2022-ci il tarixində Çexiyanın Bakıdakı Səfirliyi Çexoslovakiyanın Müstəqilliyinin 104-cü ildönümünü Bakıda Hyatt Regency otelində Milli Gün qəbulu ilə qeyd etdi.

Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab Milan Sedlaçek açılış nitqində Çexiyanın Aİ Şurasına hazırkı Sədrliyinin prioritetlərini, o cümlədən hazırkı qaçqın böhranının idarə edilməsi və Ukraynanın müharibədən sonrakı yenidən qurulması, enerji təhlükəsizliyi, Avropanın müdafiə qabiliyyətinin və kibertəhlükəsizliyin gücləndirilməsi, Avropa iqtisadiyyatının və demokratik institutların dayanıqlılığı barədə qeyd edib. Səfir cənab Sedlaçek oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşün nəticələrini xüsusi qeyd edərək, Praqa danışıqlarının Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib. Səfir çex şirkətlərinin Azərbaycanın enerji, o cümlədən bərpa olunan enerji, eləcə də tikinti, nəqliyyat və ağıllı şəhərlərin inkişafı sahəsində təklif etdiyi imkanlarla maraqlandığını vurğulayıb. O, həmçinin Azərbaycanda çex dilinin tədrisinin inkişafına öz töhfəsini vermək niyyətində olduğunu bildirib.

Çexiyanı Milli Günü münasibətilə təbrik edən Xarici İşlər Nazirinin müavini cənab Xələf Xələfov Çex-Azərbaycan ikitərəfli münasibətlərinin keyfiyyətini yüksək qiymətləndirib və ümidvar olduğunu bildirib ki, Bakı-Praqa Strateji Tərəfdaşlığı Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinə müsbət təsir göstərəcək. Cənab Xələfov Azərbaycan hökuməti adından Ermənistanla Praqa sammiti səviyyəsində keçirilən son görüşün də əhəmiyyətini vurğulayıb.

Qəbulda AZAL-ın Bakı-Praqa-Bakı birbaşa reyslərinin təqdimatı, həmçinin azərbaycanlı fotoqraf Aydın Sadıxovun Çexiyanın tarixi şəhərlərindən ibarət fotosərgisi nümayiş etdirilib.

Tədbir Çexiya Respublikası Müdafiə Nazirliyi, Azer Ish, Budweiser Budvar, Dekonta, Robertson&Blums, Servis-24 və cənab Radek Pexmanın səxavətli dəstəyi ilə keçirilib.

Галереи


Czech National Day reception in Baku, 28.10.2022