english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Narkologiya mövzusunda Bakıda ilk Çexiya-Azərbaycan konfransı

10-12 sentyabr 2019-cu il tarixlərində Bakıdakı Respublika Narkoloji Mərkəzi (RNM) Praqadakı Karlov Universitetinin Narkologiya kafedrasının 1-ci Tibb fakültəsi/ümumi fakultə xəstəxanası ilə birgə Bakıda, təxminən 50 azərbaycanlı narkoloq və psixiatrın iştirak etdiyi “Psixoaktiv maddələrdən sui-istifadə insanlarda əvəzedici terapiya, zərərin azaldılması və reabilitasiya” adlı konfrans təşkil olunmuşdur. Tədbirin təşkili, “Azərbaycanda narkotikdən müalicə və reabilitasiya sahəsində məlumat-əsaslı infrastrukurun qurulmasına dəstək” adlı kiçikmiqyaslı əməkdaşlığın inkişafı layihəsi çərçivəsində Çexiya Respublikası Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Konfransda çıxış edənlər arasında Karlov Universitetinin Narkologiya şöbəsindən Dr. Vladimir Kmox və bir neçə azərbaycanlı narkoloq, hər ikisi 2019-cu ilin avqust ayında Praqadakı Narkologiya şöbəsinə və digər ixtisaslaşdırılmış tibb müəssisələrinə səfər etmiş Respublika Narkoloji Mərkəzindən Sona Xudaverdiyeva və Bakı şəhər Narkoloji Dispanserindən Fizzə Baxışova yer almışdır. Konfransın keçirildiyi məkandan başqa, Dr. Kmox Azərbaycanlı mütəxəssislərlə onların, Psixi Sağlamlıq Mərkəzi daxil olmaqla, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası və Bakı şəhər Narkoloji Dispanseri hansı ki, RNM və Bakıdakı Respublika QİÇS-lə mübarizə mərkəzi və Sumqayıtdakı mərkəz ilə birlikdə Azərbaycanda metadonun ixtisaslaşdırılmış əvəz proqramında qeydiyyata alınan xəstələrə verildiyi dörd yerdən biri kimi xidmət edən iş yerlərində müzakirələr aparıb.

RNM tərəfindən həyata keçirilən kiçik miqyaslı layihəni dəstəkləməklə Çexiya Respublikası, Azərbaycanın narkoloji xidmətinin qarşılaşdığı problemlərin, o cümlədən beynəlxalq təcrübənin, Davamlı Tibbi Təhsil proqramları və müvafiq tədris materiallarının olmamasının aradan qaldırılmasına çalışır. Çexiya Respublikası ilə Azərbaycan arasında mütəxəssis mübadiləsi ilə yanaşı, Amerika Narkoloji Təbabəti Cəmiyyətinin “Adiktologiyanin Prinsipləri: Əsaslar” adlı dərsliyinin Azərbaycan dilinə tərcüməsi və nəşri layihədən maliyyələşdirilir. Bu yolla Çexiya, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusən də maddə asılılığının qarşısının alınması və müalicəsinin gücləndirilməsini özündə cəmləşdirən Məqsəd 3 (Yaxşı Sağlamlıq və Rifah) nailiyyətinə çatmasına öz töhfəsini verir.

Галереи


First Czech-Azerbaijani addiction medicine conference in Baku