english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: MZV ČR
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Nazir Kulhanek və onu müşayiət edən biznes nümayəndə heyəti Azərbaycanda danışıqlar aparıb

29-30 sentyabr 2021-ci il tarixlərində Çexiya Respublikasının Xarici İşlər Naziri Yakub Kulhanek böyük biznes nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər etdi. İşgüzar səfəri çərçivəsində Nazir Kulhanek Prezident İlham Əliyev, Xarici İşlər Naziri Ceyhun Bayramov, İqtisadiyyat Naziri Mikayıl Cabbarov və eləcə də Çexiya-Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığı Energetika Naziri Pərviz Şahbazovla görüş də daxil olmaqla yüksək səviyyəli Azərbaycan nümayəndələri ilə danışıqlar aparıb. Nazir Kulhanek səfəri çərçivəsində Bakıda Çexiya-Azərbaycan Biznes Forumunun açılışını etdi və Ələt Azad İqtisadi Zonasını ziyarət etdi.

İşgüzar səfər ilk növbədə iqtisadi əməkdaşlığa yönlənmişdi. Çexiya şirkətləri, bölgədə yeni imkanlar axtardıqları üçün nəqliyyat, nanotexnologiya və səhiyyə də daxil olmaqla, müxtəlif sahələrdə beynəlxalq uğurlarını möhkəmləndirə bilərlər; Nazir Kulhanekin sözlərinə görə, “Nümayəndə heyətində şirkətlərimizin 17 nümayəndəsinin iştirakı Çex şirkətlərinin Qafqaza marağının sübutudur”.

Nazir Kulhanek səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdü və 2021-ci ilin avqustunda Əfqanıstandan hava nəqliyyatı ilə Azərbaycanın göstərdiyi logistik dəstəyə görə Çexiyanın minnətdarlığını bildirdi. Yakub Kulhanekin sözlərinə görə, “bu yardım olmasaydı, missiya uğurlu olmazdı”.

Azərbaycanlı həmkarı Ceyhun Bayramovla yanaşı, Çexiyanın Xarici İşlər Naziri COVID-19 pandemiyasının səbəb olduğu fasilədən sonra hər iki ölkə arasında yüksək səviyyəli dialoqun bərpasını yüksək qiymətləndirib. Nazir Kulhanek, xarici investisiyaların Azərbaycana cəlb edilməsi məqsədi ilə qurulan Ələt Azad İqtisadi Zonasına da səfər edib. Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı hər iki ölkə üçün prioritet olan, Çexiya Respublikası və Azərbaycan 2021-ci ilin sonuna qədər İqtisadi, Texniki-Elmi və Mədəni Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının keçirilməsində razılığa gəldilər. Nazir Kulhanekin sözlərinə görə, “Komissiyanın yeni Çex və Azərbaycan üzvləri tezliklə təyin olunacaq. Bu, iqtisadi əməkdaşlığımızı gücləndirə biləcək irəliyə doğru atılan önəmli bir addımdır”.

Nazir Kulhanekin səfəri zamanı Çexiya Respublikası Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında Enerji Sahəsində Əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

Nazir Kulhanek növbəti işgüzar səfərlə bağlı Azərbaycandan Ermənistana səfər etdi.