english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Daniel Putík
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Səfir Ekert İnsan Hüquqları Günü münasibətilə səhər yeməyi təşkil edib

10 dekabr 2021-ci il tarixində Çexiyanın Azərbaycandakı Səfiri Milan Ekert İnsan Hüquqları Günü münasibətilə azərbaycanlı hüquq müdafiəçiləri ilə səhər yeməyi təşkil edib.

Səhər yeməyi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, hüquqşünaslar Fuad Ağayev və Yusif Ağayev, psixoloq Azad İsazadə və Respublika Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov ilə Azərbaycanda insan haqlarının mövcud vəziyyətini müzakirə etmək imkanı verib.

Səhər yeməkləri ənənəvi olaraq dekabrın 10-da Çexiyanın xaricdəki Səfirləri tərəfindən 1988-ci ildə Fransa Prezidenti Mitteranın 8 hüquq müdafiəçisi ilə Praqadakı Fransa Səfirliyində təşkil etdiyi əfsanəvi səhər yeməyinin rəmzi xatırlatması kimi təşkil olunur. Səfir Ekert 2021-ci il İnsan Hüquqları Günü qəbulunu 1988-ci il səhər yeməyinin iştirakçılarından birinin - 1 dekabr 2021-ci il tarixində vəfat etmiş aparıcı hüquq müdafiəçisi, jurnalist və keçmiş siyasi məhbus Petr Uhlun xatirəsinə həsr edib.

Галереи


CzEmBaku Human Rights Day breakfast 10 Dec 2021