english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Daniel Putík
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Şamaxıda məktəblərə Merkur konstruktor dəstləri təqdim edilib

9 və 12 Dekabr 2019-cu il tarixlərində, Çexiya Respublikasının Azərbaycandakı Səfiri cənab Milan Ekert və müavini cənab Daniel Putík, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin direktoru Firuzə Sultan-zadə və müvafiq məktəblərin direktorları, müəllim və tələbələrinin iştirak etdikləri mərasimlərdə, Çexiyanın "Merkur Oyuncaqlar" şirkətinin istehsal etdiyi konstruktor dəstlərini Şamaxı rayonunda yerləşən Muğanlı, Qaravəlli, Meysəri, Əngəxaran və Qızmeydan kənd məktəblərinə təqdim etdilər. Çexiya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Bakıdakı “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən həyata keçirilən yerli kiçik miqyaslı inkişaf əməkdaşlıq layihəsi çərçivəsində, müasir, “oyun vasitəsilə öyrənmə” metodlarından istifadə etməklə tələbələrin texniki peşələrə, eləcə də sonrakı təhsillərə daha yaxşı hazırlaşmalarını təmin etmək üçün beş məktəb “Merkur” konstruktor dəstləri ilə təmin edilmişdir.

Fizika fənninin tədrisi zamanı, habelə könüllü və asudə vaxtlarında istifadə edəcək müəllim və tələbələrə "Merkur" konstruktor dəstləri ilə yanaşı, Azərbaycan dilinə tərcümə olunmuş istifadə qaydaları kitabçaları təqdim edən, Səfir cənab Ekert Çexiyanın məşhur "Merkur" markasının tarixinə və 1920-ci ildən bəri kiçik Çex Politse nad Metuyi şəhəri ilə əlaqəli olan "Inventor" və "Merkur" konstruktor dəstlərinə nəzər saldı. Hər zaman inkişaf mərkəzində olan bu mürəkkəb oyuncaqların təhsil sahəsində tətbiq olunmasına diqqət çəkən Səfir, "Merkur" dizaynerlərinin hər zaman qızlar və oğlanlar arasında texniki bacarıq və elmə marağı inkişaf etdirməyi hədəflədiyini diqqətə çatdırdı. Bu çərçivədə, kiçik yaşlarında "Merkur" ilə oynayarkən mexanikaya olan sevgisini aşkar edən Çex əsilli Alman fiziki Peter Qrünberq (1939-2018), Fransalı Albert Fert ilə birlikdə 2007-ci ildə gigabayt sərt disklərinin yaddaş həcminin inkişafı üçün zəruri olan nəhəng maqnit müqaviməti kəşfinə görə Nobel mükafatı alması nümunəsini istinad etdi. Qrünberqin araşdırması bütün dünyada insanlara qalıcı təsir göstərdi və bunlardan birincisi, çex alimi Otto Vixterle tərəfindən oğullarından borc aldığı Merkur dəsti və velosipedin dinamosunu istifadə edərək evdə qurduğu cihazda düzəltdiyi hidrogel kontakt linzaları kimi.

Şamaxı rayonunda məktəblərə təqdim olunan layihə, Qaravəlli məktəbinin Çex şirkətlərinin konsorsiumu ilə birlikdə yenidən qurulduğu müvəffəqiyyətli "Enerji səmərəliliyi məktəbi" layihəsinin davamıdır. Təhsil prosesində "Merkur" konstruktor dəstlərindən istifadə etməklə Muğanlı, Qaravəlli, Meysəri, Əngəxaran və Qızmeydandakı məktəblər Çex texnologiyalarının köməyi ilə tədris prosesinin müasirləşdirilməsində Azərbaycanın digər məktəbləri üçün nümunə ola bilər. Layihəni Azərbaycan Respublikası Təhsil Nazirliyinin və "Merkur Oyuncaqlar" şirkətinin cəlb olunmuş müəllim və ekspertləri ilə birlikdə qiymətləndirərək, Çexiya Respublikasının Bakıdakı Səfirliyi, cavabdeh Çexiya səlahiyyətli orqanlarına bütün dünyada keyfiyyətli təhsilə nail olmağa yönəlmiş – 4-cü Davamlı İnkişaf Məqsədlərinin – gələcək layihələrə daha böyük diqqət ayırmaqda kömək etmək istəyir.

Галереи


Merkur 2019