english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

XİN-nin Dağlıq Qarabağdakı "Prezident və Parlament seçkiləri" ilə bağlı bəyanatı

31 mart 2020-ci il tarixində Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" keçirildi. Bu kontekstdə, Çexiya Respublikası Xarici İşlər Nazirliyi Çexiyanın bu seçkilərin keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımadığını vurğulayır.

Çexiya Respublikası ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir və münaqişəyə cəlb edilmiş bütün tərəfləri gələcək sülh proseslərinə çağırır və BMT Baş katibinin dünyanın hər guşəsində qlobal atəşkəsə çağıran 23 mart 2020-ci il tarixli bəyanatını dəstəkləyir.