english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Azerbaijan University of Languages
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Avropa Dilləri Günü 2022 və Bakıda Birinci Ədəbiyyat Gecəsi

26 sentyabr 2022-ci il tarixində günorta və axşam saatlarında Aİ və Avropa Şurasına üzv olan 17 ölkənin səfirlikləri və mədəniyyət institutları azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq edərək 2022-ci il Avropa Dilləri Gününü müxtəlif Avropa dillərində şeir və kiçik hekayələrin, həmçinin bu əsərlərin Azərbaycan dilinə tərcüməsini ictimai oxunmasını təşkil etməklə qeyd ediblər. Azərbaycan Dillər Universitetində (ADU) və Bakıda ilk Ədəbiyyat Gecəsinin keçirildiyi Orange Grove məkanında diplomatların, Bakı Avropa Dil və Mədəniyyəti Mərkəzlərinin tələbə və məzunlarının iştirakı ilə ictimai qiraət keçirilib. 2022-ci il Avropa Dillər Gününün qeyd edilməsi hazırda Latviyanın rəhbərlik etdiyi EUNIC Azərbaycan Klasteri tərəfindən Aİ Şurasına sədrlik edən Çexiya ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

ADU-da keçirilən tədbiri ADU-nun rektoru, professor Kamal Abdulla, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir cənab Peter Mixalko, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri cənab Petr Sich, EUNIC Azərbaycan Klasterinin prezidenti və Latviya missiyasının rəhbərinin müavini xanım Vija Buša və Çexiya Respublikası missiyasının rəhbərinin müavini cənab Daniel Putík ilə birlikdə açıblar. Açılış nitqi ilə çıxış edən Çex nümayəndəsi müxtəlifliyi ilə birləşən 27 Üzv Dövlətdən ibarət Aİ-nin 24 rəsmi dilinin əksəriyyətində olan əsərlərin tədbirdə oxunmaq üçün seçildiyinə toxundu. Çex ədəbiyyatı 2022-ci il Avropa Dillər Günündə Azərbaycan Dövlət Tərcümə Mərkəzindən xanım Şəbnəm Əsədovanın tərcüməsi ilə Ludvik Aşkenazinin hekayələri və Karlov Universitetinin hazırkı tələbəsi xanım Dilarə Manafovanın tərcüməsində Yan Skatselin şeiri ilə təqdim olundu. “Qafqaz” şeiri 2022-ci ildə keçirilən Bakıda Birinci Ədəbiyyat Gecəsində Ukrayna ədəbiyyatını təmsil edib.

Галереи


European Day of Languages / Literature Night 26.9.2022