english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Bakıda “İntensiv həyat şöbəsi” filminin nümayişi keçilirib

15 mart 2022-ci il tarixində Bakıda Nizami Kinoteatrında Azərbaycan dilində altyazılarla “İntensiv həyat şöbəsi” adlı Çex sənədli filmi nümayiş olundu. Filmin nümayişi Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilən FantazEU Mədəni İrs Festivalının bir hissəsi idi.

Adela Komrzinin filmi insan ömrünü uzatmaq üçün saysız-hesabsız imkanların olduğu bir mühitdə xəstələri müalicə edən həkim və tibb bacılarından bəhs edir. Praqadakı Ümumi Universitet Xəstəxanasının palliativ baxım şöbəsində filmin çəkilişi ağır xəstələrin və onların ailələrinin razılığını, həmçinin gənc qadın rejissordan müstəsna dərəcədə empatiya və nəzakət tələb edirdi. Çexiya Respublikası Səfirliyi Azərbaycan Tibb Universitetinin tələbələrinin Bakıda keçirilən film nümayişində iştirak etməklərini yüksək qiymətləndirir.

Галереи


Intensive Life Unit - Baku 15.3.2022