english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

İkinci Dünya Müharibəsinin bitməsinin 75 illiyinə həsr olunmuş bir sıra məqalələrin dərc olunmasının başlanması haqqında press reliz

8 may 1945-ci ildə müttəfiq qüvvələrin birgə səyləri sayəsində, tam kapitulyasiyası ilə bağlı Akt ilə İkinci Dünya Müharibəsində Nasist Almaniyası üzərində qələbəni təsdiqlədi. 1945-ci il may ayına qədər, Polşaya hücumla bəşər tarixinin ən dəhşətli müharibəsinin başlanğıcından artıq altı il keçmişdir.

2020-ci ilin may ayında biz bu münaqişənin sonunun 75-ci ildönümünü qeyd edəcəyik və bu hadisəni yad etmək üçün biz, veteranlarımıza dərin təşəkkürümüzü bildirmək və bizim azadlığımız uğrunda öz həyatlarını qurban verənlər və bu gün həyatda olmayanların da xatirəsinin anılmasını istəyirik.

Bu ildönümü, bütün dünya müharibə vəziyyətində olanda, və eyni zamanda onun müharibədən sonrakı gələcək taleyinə hökm verilməli olduğu zamanda, həm də bizə 1939-1945-ci illər hadisələrinin tarixinin yaddaşını təzələmək imkanı da verir.

Çexiyanın Moskvadakı Səfirliyi Praqadakı Hərbi Tarixi İnstitutu ilə birgə əməkdaşlığı ilə, 15 iyul 1942- cil il tarixində Buzulukdan Praqayadək Sovet İttifaqının ərazisində yaradılan, çexoslovakiyanın hərbi hissəsinin yolunu izləməyə imkan verən, bir sıra məlumat xarakterli materiallar hazırlamışdır. Bu məlumatlar təkcə hərbi hissəsinin döyüş yolunu izləməyə yox, eləcə də bu tarixə daha geniş kontekstində baxmağa imkan verir.

Cümə günü, 3 aprel tarixindən başlayaraq, bu materiallar həftədə üç dəfə, yəni bazar ertəsi, çərşənbə və cümə günləri, səfirliyinin saytında dərc ediləcəkdir.

Səfirlik, dərc olunan materialların məhdudiyyətsiz istifadəsi üçün bütün hüquqları verir.