english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Mərhum professor Akif Quliyev Çexiya Respublikasının yaxşı adının xaricdə tanıdılmasına görə 2020-ci il mükafatı alanları arasında

Bu il Praqadan aldığım təlimatların ən xoş olanı, tanınmış azərbaycanlı biokimyaçı professor Akif Quliyevə, bizim Xarici İşlər Naziri cənab Tomaş Petrjiçek tərəfindən Çexiya Respublikasının yaxşı adının xaricdə tanıdılmasına görə mükafatlardan birini alacağını söyləməyimin istənilməsi idi.

Gratias Agit Mükafatına layiq görülən ilk Azərbaycan vətəndaşı olacağını xəbər verəndə Professor Quliyevin həm özü, həm də ölkəsi üçün necə şərəf duyduğunu dərhal anladım. Təsəvvür etmədiyim o idi ki, ölkəmi Azərbaycanda tanıtmaq üçün hamıdan çox iş görmüş bu görkəmli şəxslə çoxsaylı söhbətlərimdən bu sonuncusu idi. O, 19 iyul 2020-ci il tarixində qəflətən vəfat etdi.

Akif Quliyev 1967/68-ci illərdə aspiranturanın bir hissəsini Praqada Karlov Universitetində keçirdi. Bu tədris ili Çex həmkarları ilə tədqiqatlardakı uzun iş birliyinin başlanğıcı ilə yanaşı, Karlov Universitetinin Təbiət Elmləri Fakültəsi ilə Bakı Dövlət Universitetinin Biologiya Fakültəsi arasında 200-dən çox tələbə və müəllim heyət mübadiləsinin başlanğıcı oldu. Biyokimya və Biotexnologiya şöbəsinin müdiri olaraq Akif Quliyev 1972-ci ildə iki universitet arasındakı ilk müvafiq razılaşmaya görə məsul idi. SSRİ-nin dağılması və 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi səbəbi ilə yaranan fasilədən sonra professor Quliyev dekan olaraq, 2010-cu ildə hər iki fakültə arasında Memorandum imzalayaraq əməkdaşlığı gücləndirməyi bacardı – 4 il sonra ən böyük Azərbaycan və ən böyük Çex universiteti arasında hələ də qüvvədə olan bir müqavilənin imzalanmasına mühüm bir addım idi. Ölkəmlə Azərbaycan arasında dostluq və qarşılıqlı faydalı münasibətlərin dərinləşməsi üzərində işləyərkən Çex səfiri olaraq mənə və sələflərimə daim kömək edirdi.

2020-ci ilin oktyabrında Praqada Xarici İşlər Nazirliyində baş tutmalı olan mükafatlandırma mərasimi, COVID-19 pandemiyasının ikinci dalğası səbəbi ilə ləğv edildi. O günlərdə İkinci Qarabağ müharibəsi Azərbaycan ərazisində şiddətlənir və minlərlə insanın həyatına son qoyurdu. Buna görə Akif müəllim üçün nəzərdə tutulmuş mükafatı bir az sonra qızları Nailə və Nərgizə təqdim etməyə qərar verdim. Onlarla növbəti söhbətim, eləcə də Bakı Dövlət və Karlov Universitetlərinin zooloqları tərəfindən planlaşdırılan növbəti birgə ekspedisiya haqqında məlumat, məni əmin etdi ki, Akifin qurmağa kömək etdiyi dostluq çətinliklər qarşısında davam gətirəcəkdir.

Milan Ekert, Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri

Галереи


Gratias Agit 2020 - Baku