english  по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Ekofilm
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Çex ekoloji filmi Bakıda Yer Günündə nümayiş etdirilib

Çexiya Səfirliyi 22 aprel 2022-ci il tarixində Yer Günü münasibətilə Landmark Baku Cine Club-da Yakub Skalitskinin çəkdiyi “Həyat ocağı” ekoloji sənədli filmini Azərbaycan altyazıları ilə təqdim edib. Filmin nümayişi Çexiya Respublikasının Ətraf Mühit Nazirliyinin himayəsi ilə hər il təşkil olunan beynəlxalq EKOFILM festivalının davamı olaraq baş tutmuşdur. İzləyicilərin əksəriyyətini, 55 ildən çox Çex akademik tərəfdaşları ilə səmərəli əməkdaşlığı davam etdirən Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri təşkil edirdi.

Çexiya Respublikasında xüsusi nümunələrindən istifadə olunan, “Həyat ocağı” filmi ölkəni Avropanın iqtisadi cəhətdən ən inkişaf etmiş hissələrindən birinə çevirməyə kömək edən kömür mədəninin sistematik istismarından sonra landşaftın bərpasından bəhs edir. Kömürdən sonrakı dövr Avropada, kömür hasilatı nəticəsində ən çox dəyişmiş Çex bölgələri yaşayış üçün əlverişli yerlərə çevrilmək üçün mübarizə aparır. Bu, ekoloji problem olduğu qədər, həm də sosial-iqtisadi problemdir.

Галереи


Ekofilm 2022