english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Sədri xanım Marketa Pekarova Adamova Bakıda səfərdə olub

1-2 fevral 2024-cü il tarixlərində Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Sədri xanım Marketa Pekarova Adamova Bakıda səfərdə olmuşdur. O, parlamentin rəsmi nümayəndə heyətinin rəhbəri olaraq səfər edib. Azərbaycan Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın dəvəti ilə baş tutan səfər Çexiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verib. Xanım Pekarova Adamova Azərbaycanın Xarici İşlər Naziri cənab Ceyhun Bayramov tərəfindən də qəbul edilib. İkitərəfli əlaqələrlə yanaşı, regiondakı vəziyyət müzakirə edilib və Sədr Pekarova Adamova Çexiya Respublikasının ərazi bütövlüyü, suverenliyi prinsiplərini və zorakılığın istisna edilməsi prinsiplərini birmənalı dəstəklədiyini bildirib. Çexiya Respublikası dinc və firavan Cənubi Qafqazın tərəfdarıdır. Eyni zamanda, onu müşayiət edən işgüzar nümayəndə heyəti, Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyəti və Çexiya universitetlərinin nümayəndələri azərbaycanlı tərəfdaşları ilə danışıqlar aparıblar.

Milli Məclisin Sədri xanım Sahibə Qafarova və Çexiya Deputatlar Palatasının Sədri xanım Marketa Pekarova Adamova iki ölkə arasında dostluq münasibətlərini, xüsusilə iqtisadiyyat, enerji, təhsil və mədəniyyət sahələrində inkişaf edən uğurlu əməkdaşlığı yüksək qiymətləndirmişlər. Onlar həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması mövzusunu müzakirə ediblər. Bu kontekstdə, xanım Pekarova Adamova bildirib ki, regionda qeyri-sabitlik Rusiyanın maraqlarına uyğundur. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupları üzvlərinin növbəti görüşü də çox mehriban və konstruktiv şəraitdə keçib.

Xarici İşlər Naziri Ceyhun Bayramovun qəbulu zamanı tərəfdaşlar çoxlu sayda ikitərəfli və xarici siyasət məsələlərinə toxunublar. Digər məsələlərlə yanaşı, enerji sektorunda qarşılıqlı əməkdaşlıq vurğulanıb və xanım Pekarova Adamova bu il Bakının BMT-nin COP29 iqlim konfransına ev sahibliyi etməsi münasibətilə təbrik edib. Zati-aliləri Nazir Bayramov Azərbaycan və Ermənistan arasında əlaqələrin inkişafı, eləcə də Hökumətin yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qaytarılılması prosesinə böyük sərmayə qoyduğu geri alınan Azərbaycan ərazilərindəki vəziyyət barədə məlumat verib.

Nümayəndə heyətinin proqramının rəsmi hissəsinə paralel olaraq, Karlov Universitetinin prorektoru Dr. Eva Voldrjixova Berankova universitetlərarası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə, Bakı Dövlət Universitetinin rektoru Dr. Elçin Babayev, o cümlədən Lənkəran Dövlət Universiteti və Bakı Slavyan Universitetinin nümayəndələri ilə görüşüb. Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyinin Xarici İqtisadi Siyasət Departamentinin direktoru cənab Martin Pospişil Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədovla görüşüb və Çexiya İnformatika, Robototexnika və Kibernetika İnstitutunun direktoru cənab Ondrjey Velek də azərbaycanlı tərəfdaşlarla səmərəli görüşlər keçirirlər. Çex şirkətləri ilə onların azərbaycanlı tərəfdaşları arasında da bir sıra B2B görüşləri baş tutub.

MFA AZ

MFA AZ