english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Ivo Dokoupil
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Şahdağ və Hirkan Milli Parklarında “Çex” cığır nişanlanması

Çexiya Respublikasının Bakıdakı Səfirliyi 2019-cu ilin aprel ayının əvvəllərində, turist cığırlarının peşəkar nişanlanması üzrə iki nümayəndənin Azərbaycana bir həftəlik səfərini təşkil etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Turizm Agentliyi və İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşlığı ilə reallaşan səfər zamanı cənab İvo Dokoupil və Yana xanım Koçarova 26 Azərbaycanlı turist bələdçisi və Milli Park əməkdaşlarına, turist cığırlarının nişanlanmasında Çex təcrübəsinə əsaslanaraq təlim keçdilər. Sahədə praktiki təlim çərçivəsində, Çex-Azərbaycan qrupları Şahdağ və Hirkan Milli Parkları ərazisində 14 km turist cığırlarını, Azərbaycan milli rənglərində - mavi, qırmızı və yaşıl, işarələdilər.

Çexiya Respublikası, Azərbaycanın xarici qonaqlara açıq olmasını alqışlayır. Yerli tərəfdaşlarla əməkdaşlıq edərək, Bakıdakı Çexiya Səfirliyi Azərbaycanın ərazisində təbii və mədəni müxtəlifliyə mənfi təsirləri minimuma endirən turizmin inkişafını dəstəkləyir və onun ən cəlbedici və qonaqpərvər bölgələrinin davamlı inkişafına töhfə verir.

Xarici İşlər Nazirliyi xaricdəki Çexiya Səfirlikləri ilə, Çexiya təbiəti və mədəniyyəti ilə bağlı olan 19-cu əsrin sonlarına aid Çex modeli cığır nişanlanmasını inkişaf etdirərək, dünyanın dörd bir yanından ekoloji cəhətdən məsuliyyətli turizmi dəstəkləyir. Bu illər ərzində, Çexiya Respublikası xüsusilə, Ukraynada cənab İvo Dokoupilin başçılıq etdiyi qrupla 1500 km cığır nişanlayaraq, Filippin, Braziliya, Gürcüstan kimi ölkələrə Çex modelinə əsasən turist cığırlarının nişanlanmasını müvəffəqiyyətlə "ixrac" etmişdir. Bu təcrübəyə əsaslanaraq, Çexiya Respublikasının Bakıdakı Səfirliyi Azərbaycanda qarşıdan gələn 2019 turizm mövsümünə bənzər təşəbbüslə başlamış və gələcək illərdə, yerli tərəfdaşlarla əməkdaşlıqda onun inkişafına kömək etməyə hazırdır.

2019-cu ilin aprel ayından etibarən, siz mavi, qırmızı və yaşıl rənglərdə nişanlanmış ilk Çex-Azərbaycan cığırı ilə gedərək hər iki milli parkın hissələrini araşdıra bilərsiniz. Şahdağ Milli Parkında, qırmızı işarələnmiş cığır ilə mavi işarələnmiş mənzərəli dolayı yol Talıstandan İsmayıllı yaxınlığındakı Qaranohur dağ gölünə apararkən, Hirkan Milli Parkının ərazisindəki yaşıl işarələnmiş dairə Lənkəran yaxınlığındakı Park idarəsini (hazırda bərpa işləri aparılır) əhatə edir və qırmızı işarələnmiş cığır palıd, vələs və dəmirağac meşə yolu ilə Xanbulan gölünə (ətraflı məlumat üçün Milli Parkın əməkdaşlarına müraciət edin) aparır.

Галереи


Trail marking