english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: (@MZV)
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Prezident Miloş Zemanın Azərbaycana rəsmi səfəri

Çexiya Respublikasının Prezidenti cənab Miloş Zemanın Azərbaycana rəsmi səfəri 15-17 sentyabr 2015-ci il tarixlərində baş tutmuşdur.
 

Səfər zamanı Prezident Azərbaycan həmkarı cənab İlham Əliyev, baş nazir cənab Artur Rəsi-zadə və Milli Məclisin sədri cənab Oqtay Əsədov ilə görüşmüşdür.

Azərbaycan başçısı ilə keçirilmiş danışıqlar geniş mövzular çərçivəsini, xüsusilə iqtisadi məsəllələri əhatə etmişdir. 40-dan çox çex şirkətlərini nümayəndələrinin iştirak etmiş Azərbaycan-Çexiya biznes-forumunun açılışında hər iki Prezidentin iştirak etməsi ikitərəfli iqtisadi münasibətlərin əhəmiyyətini bir daha vurğulamışdır.

Həmçinin Prezident M. Zeman Bakı Dövlət Universitetində də olmuşdur. Orada o, canlı müzakirələr ilə müşayidə olunmuş beynəlxalq münasibətlər, ikitərəfli Çexiya-Azərbaycan münasibətləri, eləcə də Çexiya Respublikasında təhsil almaq imkanları haqqında danışmışdır.

Səfərin son günündə Prezident Səngəçal neft terminalı və Milli Bayraq Muzeyini ziyarət etmişdir.

Səfərin sonunda Çexiya universitetlərinin Azərbaycan məzunları ilə görüş keçirilmişdir. Cənab Miloş Zemanın rəsmi səfəri həm mətbuatın mühüm marağını, həm Azərbaycan cəmiyyətinin diqqətini cəlb etmişdir.

Foto: Hana Brožková (archiv KPR)