english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Azərbaycan - Çexiyalı tələbənin gözü ilə

Praqadan Hüquq Fakültəsinin tələbəsi Tereza Kupkova AIESEC qeyri-kommersiya təşkilatının reallaşdırdığı layihədə iştirak edərək avqustda üç həftəni Azərbaycanda keçirtdi. Bu müddət ərzində o, Çexiya Respublikasını əla şəkildə təmsil etdi və səfirliyin əməkdaşları ilə görüşdü. Biz onun təəssüratlarını təqdim edirik.

AIESEC tələbə qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunan „Fireflies“ proqramı Bakıda hər il keçirilir. Onun məqsədi müasir Azərbaycanı gənc turistlərə tanıtmaq və bununla olduqca gözəl, lakin turistik məkan kimi o qədər də tanınmayan ölkəni dəstəkləməkdir.

Dünyanın müxtəlif yerindən 15 tələbə bu il yenə də Azərbaycana gələrək, onun təbiəti, mədəni-tarixi irsi ilə tanış oldular və öz təəssüratları ilə internet bloqlarında digər turistlərlə bölüşdülər. Bu ilki qrup Bakı, Gəncə, Şəki və İsmayilliya ziyarət edərək, ailələrdə yaşamaqla yerli həyat tərzini təcrübədən keçirtdilər.

Hər il olduğu kimi bu il də, “Global Village” adlı tədbir təşkil olundu. Bu münasibətlə Bakı Bulvarı müxtəlif çalarlara, Afrika, Asiya və Avropa bayraqları və musiqi ritmləri ilə boyandı. Qonaqlar həmçinin ölkələr haqqında video materiallara baxmaq, onlar haqqında faydalı məlumat öyrənmək və ya milli mətbəxlərin təamlarını dadmaq imkanını əldə etdilər.

Azərbaycan Çexiyalı turistlər üçün çox tanınmış olmasa da, indiyənə qədər Azərbaycanlılar Çexiya Respublikasını yalnız turistik məkan kimi deyil, həm də gənclərin təhsil almaları üçün potensial məkan kimi tanıyırlar.